Rəsmi TikTok Live Agentliyi
TikTok-da böyümək, populyarlaşmaq və canlı yayımlardan stabil qazanc əldə etmək istəyirsinizsə, peşəkarlara etibar edin.
TikTok Live Agentliyi, məzmun yaradıcılarına (kreatorlara) TikTok-da canlı yayımlar açaraq daha çox izləyici kütləsi toplamağa, inkişaf etməyə və rəsmi şəkildə qazanc əldə etməyə kömək edən peşəkar tərəfdaşdır.
Biz, Ayaz Hüseynov və Vüsal Vəlizadə, uzun illərdir TikTok platformasında fəaliyyət göstərən və rəqəmsal məzmunun yaradılması, inkişaf etdirilməsi və auditoriya ilə effektiv kommunikasiya sahəsində təcrübə toplamış kontent yaradıcılarıyıq.
Əldə etdiyimiz praktiki təcrübə və platformanın iş prinsipləri üzrə formalaşdırdığımız biliklər əsasında fəaliyyətimizi yalnız öz kontentimizlə məhdudlaşdırmayaraq, digər kontent yaradıcılarının inkişafına və onların TikTok LIVE fəaliyyətinin daha effektiv şəkildə qurulmasına dəstək olmaq məqsədilə rəsmi TikTok LIVE agentliyimizi yaratmışıq.
Agentliyimizin əsas məqsədi yaradıcı şəxslərə peşəkar dəstək göstərmək, onların LIVE fəaliyyətinin inkişafına töhfə vermək, platformadakı imkanlardan daha səmərəli istifadə etmələrinə kömək etmək və uzunmüddətli, sistemli əməkdaşlıq modeli formalaşdırmaqdır.
Karyeranızı bizimlə birgə böyütmək və suallarınıza cavab tapmaq üçün bizə WhatsApp-da yazın və ya zəng edin:
+994 77 351 97 22 Müraciət Formu (TikTok)